NAXÇIVAN MUXTAR RESPUBLİKASI
YÜNGÜL ATLETİKA FEDERASİYASININ 2016-CI İL ÜÇÜN
TƏQVİM PLANI
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
YÜNGÜL ATLETİKA FEDERASİYASININ 2016-CI İL ÜÇÜN
TƏDBİRLƏR PLANI
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yüngül Atletika Federasiyası və Heydər Əliyev adına Hərbi Liseyin birgə təşkil etdiyi 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Heydər Əliyev adına Hərbi Lisey kursantları arasında 5 kilometr məsafəyə kross qaçışı üzrə turnir başa çatıb. 200-dən çox kursantın iştirak etdiyi turniri keçirməkdə məqsəd muxtar respublikada kursantları bu növə cəlb etmək və Naxçıvanda yüngül atletika üzrə gənclərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək idi.
Naxçıvan şəhəri – Duzdağ Fizioterapiya Mərkəzinin magistral yolunda baş tutan turnirin yekun nəticəsinə əsasən, Qurban Abdullayev təyin edilən məsafəni hamıdan tez qət edərək qalib adını qazanıb. Cəfər Quliyev 2-ci, Nurəddin Buzoyev isə 3-cü pillədə qərarlaşıblar.