Dekabrın 18-də Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının ümumi yığıncağı keçirilib.
Ümumi yığıncağın gündəliyi təsdiq edildikdən sonra Atletika Federasiyasının sədri Rəhman Məmmədov muxtar respublikada idmanın inkişafı və kütləviləşməsi istiqamətində atılan addımlardan və görülən işlərdən danışaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən müddət ərzində muxtar respublikanın şəhər və rayonlarında müasir standartlara cavab verən idman infrastrukturu formalaşdırılmışdır. Muxtar respublikada digər idman növləri kimi atletikanın da inkişafı üçün zəruri şərait vardır.
Türkiyə Cümhuriyyətinin Antalya şəhərində 15-ci beynəlxalq Runatolia Marafonu keçirilib.
Bu marafon ilk dəfə 850 idmançının iştirakı ilə 2006-cı ildə təşkil edilib. 2020-ci ildə keçirilən Runatolia Marafonunda 41 ölkədən 10 min idmançı mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev də bu marafonda iştirak edərək 21 kilometr məsafədə 21 yaş qrupunda ikinci, böyüklər arasında 17-ci olaraq finiş xəttinə çatıb və adını qaliblər sırasına yazdırıb.
Sonda qalib idmançımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Ceyhun MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan federasiya sədri Rövşən Məmmədov qeyd edib ki, 2019-cu ildə idmançılar 3 beynəlxalq, 3 ölkə, 3 muxtar respublika əhəmiyyətli və 13 rayon birinciliyində öz güclərini sınayıblar. Ötən il ərzində federasiyanın tərkibində “Rabitəçi” və “Marafon” idman klubları da daxil olmaqla, 84 qrup fəaliyyət göstərib. Qrup məşqlərində və yarışlarda iştirak edən idmançıların sayı 1208 nəfər olub ki, bunların 579-nu qızlar, 639-nu isə oğlanlar təşkil edib.