• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Stolüstü tennis üzrə yarış keçirilib

Şərur Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı Gənclər və İdman İdarəsinin idman zalında stolüstü tennis üzrə  qızlar arasında yarış keçirilmişdir. Yarışın keçirilməsində məqsəd idmanın stolüstü tennis növünün inkişaf etdirilməsi, şagirdlərin idmana cəlb edilməsi və idmançıların yarış bacarıqlarının yüksəldilməsindən ibarət olmuşdur.

Yarış sonunda qaliblər müəyyən edilmiş, təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Atletikanın qaçış növü üzrə yarış keçirilmişdir

Babək Rayon Təhsil Şöbəsi, Polis Şöbəsi və Gənclər və  İdman İdarəsinin birgə rəhbərliyi atletikanın qaçış növü üzrə yarış keçirilmişdir.

Yarışın əvvəlində şöbələr və idarə nümayəndəlikləri çıxış edərək respublikamızın yarandığı gündən bu günə kimi inkişaf dövrü haqqında məlumat vermiş, bu gün isə bütün sahələrdə daha sürətlə inkişafın getdiyini  qeyd etmişlər.

Yarışa Babək şəhər 1, 2 nömrəli, Nehrəm 1 nömrəli və Hacıvar tam orta məktəbinin şagirdləri cəlb olunmuşlar.

Yarışın sonunda birinci, ikinci, üçüncü yerlər müəyyənləşdirilmiş, yer tutan şagirdlər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.

Ülviyyə HACIYEVA

                                            
                                      

 
060205
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
35
20
230
846
60205

Tarix: 27 -07-2024