Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançıları Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksini ziyarət ediblər. Ekskursiyada bildirilib ki, Azərbaycanın görkəmli filosof -şairi və dramaturqu Hüseyn Cavidin ev muzeyi onun anadan olmasının 100 illiyi münasibətilə ümummilli lider Heydər Əliyevin imzaladığı 1981-ci il 21 iyul tarixli qərara əsasən yaradılıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Naxçıvan marafonu – 2022” keçirilib. Yaşı 14-dən yuxarı şəxslərin iştirak etdiyi marafon saat 1100-da İlham Əliyev adına Olimpiya İdman Kompleksinin qarşısından start götürüb və Uzunoba gölü ətrafında başa çatıb. Yarışda iştirak üçün, ümumilikdə, iki mindən çox şəxs qeydiyyatdan keçib.