3 mart 2021-ci il tarixdə Atletika Federasiyasının Şərur Rayon Bölməsi, Şərur Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş atletika üzrə rayon birinciliyi keçirilib.
Şərur Rayon Olimpiya İdman Kompleksi və Rayon Mərkəzi Stadionunda təşkil olunan yarışda 5 məktəb üzrə 70 idmançı iştirak edib.
Bu gün Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbə Mərkəzi Stadionunda “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında atletika idman növləri üzrə rayon birinciliyi keçirilib.
23 fevral 2021-ci il tarixdə Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının oğlan və qız atletləri аrаsındа atletikanın qaçış növü üzrə şəhər birinciliyi keçirilmişdir.