7 oktyabr 2021 - ci il tarixdə Sədərək rayon Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Atletika federasiyasının Sədərək rayon bölməsinin birgə təşkilatçılığı ilə oğlan və qız atletləri arasında atletika üzrə Sədərək rayon birinciliyi keçirilib.
Keçirilən birinciliydə Sədərək rayon Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Atletika federasiyasının Sədərək rayon bölməsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin atletika klublarının 24 idmançı şagirdləri iştirak edib.
05 oktyabr müəllimlər günü münasibətiilə Atletika Federasiyasının Tədbirlər planına əsasən Şərur rayon bölməsinin Gənclər və İdman İdarəsi, Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə ağır atletika üzrə Şərur və Ordubad komandaları arasında rayon tuniri keçirilmişdir. Turnirdə 8 çəki dərəcəsi üzrə 26 atlet mübarizə aparmışdır.
Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, Naxçıvanın Türk dünyasının mərkəzində yerləşdiyini və mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən danışan Ali Məclisin Sədri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarının Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə etdiyini bildirib və İkinci Qarabağ müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstəyə diqqəti çəkib.