• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Məktəblilərin Naxçıvan Muxtar Respublika spartakiadasına yekun vurulub.

   Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şahmat, Basketbol, Yüngül Atletika və Atıcılıq federasiyalarının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiadanın açılış və bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra aparıcı spartakiada haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, muxtar respublikada gənc­lərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır, yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır. Bu sahənin inkişafı üçün mütəmadi olaraq idman yarışları təşkil edilir ki, bu spartakiada da məhz

Ardını oxu...

İdmançılarımız Azərbaycan çempionatında 2 medal qazanıblar

Qusar rayonunda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının iki idmançısı da mübarizə aparıb. Hər iki idmançımız uğurlu nəticələr qazanıb. Belə ki, 6 kilometr məsafədə Əmrah Nağıyev bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu adına layiq görülüb. Digər idmançımız Səfər Tağıyev isə 3 kilometr məsafədə finiş xəttini ikinci yerdə başa vurub.
İdmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Yüngül Atletika Federasiyasında görüş

         Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirmələri Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində mübarizə aparıblar. İdmançılarımız həmin birincilikdə 12 müxtəlif əyarlı medal qazanıblar. Bu münasibətlə Yüngül Atletika Federasiyasında idmançı və məşqçi-müəllimlərlə görüş keçirilib. Federasiyanın sədri Rövşən Məmmədov çıxış edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infrastrukturunun, olimpiya komplekslərinin, digər obyektlərin istifadəyə verilməsi,idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana cəlbinə şərait yaradıb. Naxçıvanda idman ənənələrinin formalaşması bu gün uşaqların da bu sahəyə kütləvi şəkildə axınına səbəb olub. Qeyd olunub ki, Yüngül Atletika Federasiyası yarandığı gündən muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

Ardını oxu...

                                            
                                      

 
066545
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
18
11
307
713
66545

Tarix: 21 -12-2024