Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Stadionunda “Heydər Əliyev ili” ilə əlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında yüngül atletika üzrə birincilik keçirilib. Birincilikdə 17 komandada 150-dən çox məktəbli mübarizə aparıb. Yarış oğlanlar arasında 100, 200, 400, 800, 1500, qızlar arasında isə 100, 200, 400, 800, 1000 metr məsafələrə qaçış üzrə keçirilib. Yarışda Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası birinciliyin qalibi olub. Naxçıvan şəhər 3 və 16 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerlərə layiq görülüblər. Qalib komandalara Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının hədiyyələri, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 5000 metr məsafəyə kross yarışı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının təşkil etdiyi yarışa 400-ə yaxın atlet qatılıb.
Yarışı Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov açıq elan edərək muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, atletləri dahi rəhbərin yubileyinə həsr olunmuş idman bayramı münasibətilə təbrik edib.
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionunda “2012-ci il idman ilidir” devizi altında muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında yüngül atletika üzrə birincilik keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birinciliyi Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov açıq elan edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Yarışın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafından danışıb.