Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin muxtar respublika ilə əməkdaşlıqdakı fəaliyyətini qeyd edib. Ali Məclisin Sədri diqqətə çatdırıb ki, bu illər ərzində təhsil, iqtisadiyyat, kənd təsərrüfatı istiqamətində bir sıra uğurlar əldə olunub, qarşılıqlı layihələr həyata keçirilib. "İcma Quruculuğu Təşəbbüsləri Proqramı" çərçivəsində "Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması" adlı layihənin həyata keçirildiyini xatırladan Ali Məclisin Sədri nümayəndə heyətinə layihənin həyata keçirilməsinə görə təşəkkür edib.
2 iyul 2021 - ci il tarixdə Şərur rayon Təhsil şöbəsi, Şərur rayon Gənclər və İdman idarəsi və Naxçıvan Muxtar Respublikası Atletika federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə oğlan və qız atletlər arasında atletika üzrə Şərur rayon birinciliyi keçirilmişdir. Yarışda 10 məktəbdən 20 şagird iştirak etmişdir. Yarışın proqranına yadro və nizə atma daxil edilmişdir. Yarışın keçirilməsində məqsəd idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi, atletika idman növünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi, idmançıların yarış bacarıqlarının yüksəldilməsindən və şagirdlərin asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarət olmuşdur.
Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritetidir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən və vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlər insan amilinə verilən dəyərin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.