1 iyul 2021-ci il tarixdə Muxtar Respublika Stadionunda məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə qızlar arasında atletikanın yadro itələmə və nizə atma növləri üzrə şəxsi birincilik keçirilib. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan Şəhər Bölməsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 20 idmançı iştirak edib. Yadro itələmə növündə idmançılar yadronu diametri 213,5 sm olan məhdudlanmış çevrə içərisindən meydanın nişanlanmış bölməsinə tullamışlar.
İyunun 26-da - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarının müdafiəsi yolunda şəhid olanlar bizim ən əziz insanlarımızdır. Onların qəhrəmanlıqları, Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaqdır. Eyni zamanda şəhid ailələrinə daim diqqət hər bir vətəndaşın və dövlətin borcudur. Biz bu borcumuzu heç vaxt unutmamalıyıq”.Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid adı uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Həmçinin şəhid ailələrinə də hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, mənzillər verilir. 26 İyun-Silahlı Qüvvələr Günündə Naxçıvanda şəhid ailələrinə yeni mənzillərin təqdim olunması da bu tədbirlərin davamıdır.
Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi tədbirləri sırasında xidməti avtomobillərə olan tələbatın ödənilməsi mühüm yer tutur.
İyunun 25-də Əlahiddə Ümumqoşun Orduya 22 "Mitsubishi L200" markalı xidməti avtomobil təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni avtomobillərə baxıb, təyinata uyğun istifadə olunması barədə tapşırıq verib.