16 iyun 2021-ci il tarixdə Muxtar Respublika Stadionunda “26 iyun-Silahlı Qüvvələr günü” münasibətilə 2005-2008-ci il təvəllüdlü oğlan atletlər arasında atletikanın yadro itələmə və nizə atma növləri üzrə şəxsi birincilik keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan Şəhər Bölməsinin birgə təşkil etdiyi birincilikdə 30 idmançı iştirak edib. Yadro itələmə növündə idmançılar yadronu diametri 213,5 sm olan məhdudlanmış çevrə içərisindən meydanın nişanlanmış bölməsinə tullamışlar. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən Əkbər Qənbərli I yerə, Uğur Məhərrəmov II yerə, Əlipənah Məmmədov isə III yerə layiq görülüb. Nizə atma növündə isə idmançılar 8-12 metr qaçaraq sürət götürüb, yerə çəkilmiş xəttə çatanda isə qollarını arxaya verib və sonra var gücləri ilə nizəni meydanın nişanlanmış bölməsinə atıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Bakı şəhərində 10 -11 iyun 2021-ci il tarixlərdə atletika üzrə Azərbaycan çempionatı keçirilib. Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının yetirməsi Miryusif Seyidov da iştirak edib. İdmançımız ona bəslənilən ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb. Belə ki, o, 1500 metr məsfədə üçüncü yerə, 3000 metr məsafəyə qaçışda finiş xəttinə birinci çatıb. Qeyd olunan məsafələri qət edən təmsilçimiz bu göstərici ilə Azərbaycan çempionu adına layiq görülüb.
Sonda idmançımız təşkilatıçılar tərəfindən diplom və medallarla təltif olunub.
Atletimizi təbrik edirik!
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının mətbuat xidməti