“15 İyun – Millli Qurtuluş Günü”nə həsr olunan yarış Şərur Olimpiya İdman Kompleksində keçirilib. Turnirin proqramına əsasən, idmançılar (Oğlan və qız atletlər) qaçış zolağında 100, 200, 400 və 800 metrlik məsafələr üzrə yarışıblar.
Nəticələrə əsasən oğlanlar arasında “Şərur - 1” komandasının üzvləri Eldar Qurbanovla (100 metr) Ümid Muradov (200 metr), “Naxçıvan”dan Nihad Seyidov (400 metr) və “Kəngərli” təmsilçisi Nihad Seyidov (800 metr) müvafiq məsafələr üzrə birinci olublar.
Qızlar arasında “Şərur - 1” komandasından Gülşah Nağıyeva (100 metr), “Sədərək” idmançıları Ulduz Əkbərova (200 metr), Zeynəb Babayeva (400 metr) və Aysu Abbasova (800 metr) birinci pillədə qərarlaşıblar.
Şərur və Ordubad ağır atletika bölmələrinin idmançıları yoldaşlıq görüşündə qüvvələrini sınayıblar. Şərur Olimpiya İdman Kompleksində reallaşan yarışda idmançılar birdən və təkanla qaldırma hərəkətlərini icra ediblər. Nəticə iki hərəkətin cəminə əsasən hesablanıb.
2011-2013-cü il təvəllüdlü atletlər arasında Məhərrəm Qurbanlı (cəm: 65 kq), İbrahim Allahverdiyev (41 kq), Mikayıl Novruzov (39 kq) və Ramal Cəlilov (28 kq) fərqləniblər.
2004-2008-ci il təvəllüdlü atletlər arasında isə Həsən Babayev (175 kq), Gülcahan Əliyeva (103 kq), İlkin Kərimov (71 kq) və Əlirza Hüseynov (50 kq) uğurlu nəticəyə nail olublar.
Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Sədərək, Naxçıvan, Şərur və Kəngərli rayon, şəhər Təhsil Şöbələrinin və Uşaq Gənclər İdman məktəblərinin birgə təşkilatçılığı ilə "15 iyun Milli Qurtuluş Günü" nə həsr olunmuş ümumtəhsil məktəblərinin voleybol İdman klublarının qız idmançıları arasında Sədərək kənd 1 nömrəli tam orta məktəbində Sədərək rayon açıq birinciliyi keçirilib.
Keçirilən açıq birincilikdə Sədərək rayon Təhsil Şöbəsinin, İdman İdarəsinin, rayon, şəhər Uşaq Gənclər İdman məktəblərinin əməkdaşları və ümumtəhsil məktəblərinin voleybol idman klublarının komandaları iştirak edib.